21 mart 2026. Şənbə

Ançelotti "Real"dan ayrılmır


Ançelotti "Real"dan ayrılmır

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son zamanlar mətbuatda yayılan söz-söhbətlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

"Xeyr, bu tamamilə doğru deyil. Klubla əla münasibətim var. Bu məlumat bizdən gəlmir və əksəriyyəti də doğru deyil."

"Real Madrid" hazırda İspaniya La Liqasında 33 oyun keçirib və 72 xal qazanaraq ikinci yerdədir. Ançelottinin yetirmələri ilk pillədəki "Barselona"dan 4 xal geri qalırlar.

65 yaşlı mütəxəssisin "Real Madrid"lə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Son günlər mətbuatda aktiv şəkildə Ançelottinin tezliklə Los Blankosdan ayrılaraq Braziliya millisinə keçəcəyi barədə məlumatlar yayılıb.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə