14 dekabr 2025. Bazar günü

"Barselona" gənc futbolçusunu itirdi


"Barselona" gənc futbolçusunu itirdi

"Barselona"nın yarımmüdafiəçisi Pablo Torre sıradan çıxıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, 22 yaşlı yarımmüdafiəçinin sol dizində narahatlıq hiss etdiyi bildirilib. Futbolçunun sağalma müddəti ilə bağlı açıqlama verilməyib.

Torre bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu gün, mayın 3-də “Barselona” səfərdə “Valyadolid”lə qarşılaşacaq. İspaniya La Liqasında 34-cü turun startı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”