- İspaniya L.L.
- 16:16 21.11.2024
Barselona futbolçusu Usman Dembeleni cərimələməyə hazırlaşır.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı futbolçunun növbəti intizamsız davranışı olub.
"Atletik"lə La Liqanın I tur oyunundan sonra Bilbao hava limanında divanda yatmaqla diqqəti çəkən Dembele zədəsini də klubun tibbi personalından gizlədib. Bu isə onun zədəsinin daha çox artmasına və uzun müddət sıradan çıxmasına səbəb olub. Bunu nəzərə alan klub rəhbərliyi futbolçunu 980 min avro məbləğində cərimələməyi düşünür.
Qeyd edək ki, fransalı futbolçu 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.