20 aprel 2026. Bazar ertəsi

"Flik hər bir oyunçunun qayğısına qalır"


"Flik hər bir oyunçunun qayğısına qalır"

“Barselona”nın vingeri Rafinya baş məşqçi Hans-Diter Flikin komandanın bütün futbolçularına göstərdiyi diqqəti yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu bu barədə jurnalistlərə açıqlama verib:

“Flik komandadakı hər kəsin, o cümlədən az şans qazanan oyunçuların da qayğısına qalır. Vitor Rokenin gedişi mənim üçün xüsusilə yadda qalan oldu, çünki baş məşqçi vəziyyətin detallarını öyrənmək üçün rəhbərliklə şəxsən danışmaq niyyətində idi.”

Xatırladaq ki, Vitor Roke bu ilin fevralında “Barselona” tərəfindən satılıb – hücumçunu Braziliyanın “Palmeyras” klubu transfer edib. Kataloniya təmsilçisi satışdan əvvəl futbolçunu “Betis”dəki icarədən geri çağırmışdı.

 

 







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”