- İspaniya L.L.
- 16:32 08.07.2025
"Barselona"nın müdafiəçiləri Alexandro Balde və Mark Kasado La Liqada "Real Madrid"ə qarşı keçiriləcək qarşıdakı oyunda komandanın ixtiyarında ola bilərlər.
90deqiqe.Az xəbər verir ki, hər iki futbolçu "El Klasiko"da iştirak etmək üçün klubun tibbi heyətindən müsbət rəy alıb.
Mark Kasado mart ayından bəri ligament zədələnməsi səbəbindən meydana çıxmırdı. Alexandro Balde isə aprel ayında dizindən aldığı zədəyə görə komandadan kənarda qalmışdı.
Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir və "Real"ı 4 xal qabaqlayır. 35-ci turun “mavi qranatlar”la “qaymaqlılar”ın qarşılaşmasının gedişini onlayn mətn yayımımızdan izləyə bilərsiniz.