7 mart 2026. Şənbə

Xabi Alonso "Real"la müqavilə imzaladı


Xabi Alonso "Real"la müqavilə imzaladı

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Real Madrid”lə 2028-ci ilə qədər müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis yeni vəzifəsinə iyunun 15-dən etibarən başlayacaq. O, Amerika Birləşmiş Ştatlarında keçiriləcək və iyulun 13-dək davam edəcək Klublararası Dünya Çempionatında Madrid təmsilçisinin baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Ötən həftə “Bayer Leverkuzen”in mətbuat xidməti komandanın baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlamışdı.

Alonso 2022-ci ildən "Bayer"ə rəhbərlik edir. Onun rəhbərliyi altında "Aspirin" komandası ötən mövsüm Almaniya çempionu olub və Almaniya kubokunu qazanıb.







İspaniya L.L.

“Barselona” öz oyun üslubuna inanır"
  • İspaniya L.L.
  • 15:37 06.03.2026
“Barselona” öz oyun üslubuna inanır"
“Yeni hücumçu almağa ehtiyac yoxdur”
  • İspaniya L.L.
  • 23:52 05.03.2026
“Yeni hücumçu almağa ehtiyac yoxdur”
“Mbappe hazırda yaxşı hiss edir"
  • İspaniya L.L.
  • 22:56 05.03.2026
“Mbappe hazırda yaxşı hiss edir"