30 iyun 2026. Çərşənbə axşamı

Şesni “Barselona” ilə müqaviləsini uzada bilər


Şesni “Barselona” ilə müqaviləsini uzada bilər

“Barselona”nın qapıçısı Voyçex Şesni klubla mövcud müqaviləsini uzatmaq üçün danışıqlara başlaya bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Nəşr polşalı qolkiperin fikirlərinə istinadla yazır:

“Gizlətmirəm ki, iki illik yeni müqavilə təklifi almışam. Lakin bu məsələni ailəmlə müzakirə etməliyik. Evdə qərarların çoxunu həyat yoldaşım verir və mən bundan utanmıram. Adətən futbol məsələlərini mən həll edirəm, amma indi vəziyyət bir qədər fərqlidir. Əslində, buraya qayıdıb bir il də buradakı həyatdan zövq almağı planlaşdırırdıq. Özümə 'qalım ya gedim?' sualını vermirəm”.

Qeyd edək ki, 35 yaşlı qapıçı bu mövsüm “Barselona”nın heyətində 29 oyuna çıxıb və 36 qol buraxıb. Onun aktivində 13 “quru” oyun var.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"