- İspaniya L.L.
- 01:18 14.06.2025
“Barselona”nın futbolçusu Pau Viktor mövsüm sonunda klubdan ayrılmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, bu mövsümdən etibarən əsas heyətdə şans qazanan gənc hücumçu, qarşıdakı üç oyunun onun “Barselona”dakı son qarşılaşmaları olacağına qərar verib.
Qeyd edək ki, ötən ay klub rəhbərliyi Pau Viktorla yolları ayırmaq niyyətində olmadığını açıqlamışdı. Baş məşqçi Hans-Diter Flik də oyunçunu gələcək planlarının bir hissəsi kimi görür. Lakin görünür, 22 yaşlı futbolçunun özü fərqli fikirdədir və daha çox oyun təcrübəsi qazanmaq üçün karyerasını başqa komandada davam etdirməyi düşünür.
Xatırladaq ki, Pau Viktor bu mövsüm “Barselona”nın heyətində 27 matçda ümumilikdə 362 dəqiqə meydanda olub, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.