- İspaniya L.L.
- 10:59 15.07.2025
İspaniya La Liqasının 35-ci turunda “Barselona”ya qarşı keçirilən oyunda (3:4) sıradan çıxan “Real Madrid”in futbolçuları Vinisius Junior və Lukas Vaskes son durumları bəlli olub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vinisius Juniorun sol topuğu burxulub. Müdafiəçi Lukas Vaskesin isə tibbi müayinədən sonra sol budunda pektin əzələsində zədə aşkarlanıb. Klub həkimləri hər iki futbolçunun vəziyyətini izləməyə davam edir.
Qeyd edək ki, hər iki oyunçu matça start heyətində başlasa da, ikinci hissədə əvəzlənib.
Əlavə edək ki, 35 turdan sonra “Real Madrid” La Liqa turnir cədvəlində 75 xalla ikinci yerdə qərarlaşıb. Kral Klubunu məğlub edən “Barselona” isə xallarının sayını 82-yə yüksəldərək liderliyini möhkəmləndirib və iki komanda arasındakı xal fərqini 7-yə çatdırıb.