30 iyun 2026. Çərşənbə axşamı

Rafinya "Barselona" ilə müqaviləni uzatmağa yaxındır


Rafinya "Barselona" ilə müqaviləni uzatmağa yaxındır

Braziliya millisinin hücumçusu Rafinya tezliklə "Barselona" ilə yeni müqavilə imzalayacaq.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə üzrə razılığa gəlməyə yaxındır. Hazırda əməkdaşlığın şərtləri, xüsusilə də işdən çıxma müavinətinin məbləği kimi detallarla bağlı danışıqlar davam edir. Bildirilir ki, bu məsələlər tərəflər arasında dialoqun gedişinə mənfi təsir göstərmir.

Hazırda Rafinyanın “Barselona” ilə mövcud müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Yeni razılaşma əldə olunduğu təqdirdə, o, klubun ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"nın formasını geyinən Rafinya daha əvvəl klubda çıxışını davam etdirmək istədiyini bəyan etmişdi.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"