- İspaniya L.L.
- 14:52 14.12.2025
"Barselona"nın hücumçusu Rafinya "Qızıl top" nominasiyasında mümkün qələbəyə münasibətindən danışıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" braziliyalı futbolçunun dediklərini belə çatdırıb.
"Qızıl top" haqda düşünmürəm. Amma qalib gəlsəm, bu, klubum və ölkəm üçün əməyimin nəticəsi olacaq. Bununla belə, məqsədim komanda ilə titullar qazanmaqdır. Fərdi mükafatlar daha sonra gələcək, gəlmirsə, bu da eybi yoxdur.
Çox adam mənə "Qızıl top" xatirələri göndərir, amma mənim üçün fərqi yoxdur. Bu mənim qarşıma qoyduğum məqsəd deyil. Mənim məqsədim titullar qazanmaq və oynadığım komandaya sahib olduğum hər şeyi verməkdir"
Rafinya 2022-ci ildən Kataloniya klubunda oynayır. Cari mövsümdə 54 matçda 34 qol vuran braziliyalı futbolçu, 25 məhsuldar ötürmə də edib. Onun transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. Hücumçunun "blaugrana" ilə hazırkı müqaviləsi isə 30 iyun 2027-ci ilə qədərdir.