14 dekabr 2025. Bazar günü

Alonso Qrimaldonu “Real”da görmək istəyir


Alonso Qrimaldonu “Real”da görmək istəyir

Tezliklə “Real Madrid”in baş məşqçisi olacağı gözlənilən Xabi Alonso rəhbərlikdən “Bayer”in müdafiəçisi Aleks Qrimaldonun transferini istəyib.

90deqiqe.az “Relevo”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 29 yaşlı futbolçunu “Kral Klubu”nun heyətində görmək arzusundadır.

 “Real Madrid” rəhbərliyi artıq Qrimaldonun transferi ilə bağlı futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.

Qrimaldonun transfer dəyərini 40 milyon avro qiymətləndirilir. Qeyd edək ki, Aleks "Barselona"nın yetirməsidir.

Xatırladaq ki, bu mövsüm Aleks Qrimaldo “Bayer”in heyətində Almaniya çempionatında 31 oyun keçirib. Müdafiəçi iki qol vurub və yeddi məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”