5 iyul 2026. Bazar günü

"Barselona"nın Ter Ştegenə etimadı azalır


"Barselona"nın Ter Ştegenə etimadı azalır

“Barselona”nın son oyunlardakı nəticələri alman qapıçı Mark-Andre ter Ştegenin əsas heyətdəki yerini sual altına alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Diario AS” nəşri məlumat yayıb. Bildirilir ki, klubun mövqeyinə qapıçının tez-tez zədələnməsi və sağaldıqdan sonra inamsız çıxışları ciddi təsir göstərib.

Ter Ştegen cari mövsümdə bütün turnirlərdə cəmi səkkiz oyun keçirib, bu matçlarda səkkiz qol buraxıb və yalnız bir oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 32 yaşlı qapıçının “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri hazırda 15 milyon avro olaraq qiymətləndirilir.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"