5 iyul 2026. Bazar günü

Lunin “Malyorka” ilə oyunu buraxacaq


Lunin “Malyorka” ilə oyunu buraxacaq

“Real Madrid”in qapıçısı Andrey Lunin zədə səbəbindən La Liqanın 36-cı turunda “Malyorka”ya qarşı keçiriləcək oyunu buraxacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, ukraynalı qapıçı məşq zamanı sağ əlindən zədə alıb. Onun əvəzinə qapını Fran Qonzales qoruyacaq.

Madrid klubunda Lunindən başqa Daniel Karvaxal, Eder Militao və Vinisius Junior da zədə səbəbindən heyətdə yer almayacaq. Yarımmüdafiəçi Aurelien Tçuameni isə cəza səbəbindən qarşıdakı görüşü buraxacaq.

35 turdan sonra 75 xalı olan "Real Madrid" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, çempionluq şanslarını hələ də qoruyub saxlayır. Lider "Barselona"nın 7 xalı var.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"