5 dekabr 2025. Cümə

Brahim Diaz "Malyorka" ilə oyunda "Real"a kömək etməyəcək


Brahim Diaz "Malyorka" ilə oyunda "Real"a kömək etməyəcək

Brahim Diaz çərşənbə günü keçiriləcək "Malyorka" ilə oyunda "Real Madrid"in heyətində yer almayacaq.

90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, futbolçu sonuncu "El Klasiko"da sol budun əlavə əzələsindən zədələnib. Zədəyə baxmayaraq, Diaz həmin oyunu sona qədər davam etdirib. Lakin məşqçilər heyəti onun səhhətini riskə atmamaq qərarına gəlib və bu səbəbdən o, "Malyorka"ya qarşı matçda iştirak etməyəcək.

Bundan əlavə, Diazın La Liqanın 37-ci turunda mayın 18-də keçiriləcək "Sevilya" ilə oyunu da buraxmaq ehtimalı var.

Qeyd edək ki, "Real Madrid" – "Malyorka" görüşü mayın 14-də, çərşənbə axşamı baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.







İspaniya L.L.