- İspaniya L.L.
- 16:44 18.06.2025
Xabi Alonsonun "Real Madrid"də məşqçi olaraq fəaliyyətə başlamağı yaxınlaşır.
90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, ispan mütəxəssis Madrid klubunda üç mərkəz müdafiəçisi və iki cinah oyunçusu ilə öz oyun sistemini tətbiq etməyi planlaşdırır.
Bu məqsədlə, "Real Madrid" Portuqaliyanın "Benfika" klubunun sol cinah müdafiəçisi Alvaro Karrerasını transfer etməyi nəzərdə tutur. Karrerası bütün sol cinah boyunca oynamağa qadir olan futbolçudur.
Sağ cinah isə tezliklə "Liverpul"dan azad agent kimi "Real Madrid"ə qoşulacaq Trent Alexander-Arnold tərəfindən gücləndiriləcək.
Xatırladaq ki, dünən “Real” öz meydanında “Malyorka” üzərində çətin qələbə qazanıb.