- İspaniya L.L.
- 23:31 19.06.2025
La Liqanın prezidenti Xavyer Tebas Xabi Alonsonun "Real Madrid"in baş məşqçisi təyin olunması ilə bağlı böyük nikbin olduğunu bildirib.
90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, o, keçmiş oyunçunun doğma klubuna qayıtmasının bütün İspaniya futbolu üçün mühüm hadisə olduğunu vurğulayıb.
"Xabinin İspaniya futboluna və bütün karyerasının bağlı olduğu klub olan "Real Madrid"ə qayıtmasını görmək mənim üçün sevinc səbəbidir. Bu təyinat klub rəhbərliyinin müdrikliyini və uğur qazanmaq istəyini əks etdirir. Xabi dünyanın ən yaxşılarından biridir. "Bavariya"nın hökm sürdüyü Almaniyada qələbə qazanmaq asan məsələ deyil və o, bunu parlaq şəkildə bacardı. Bu, onun işinin yüksək səviyyəsindən və "Real Madrid"ə rəhbərlik etməyə hazır olmasından xəbər verir"
Qeyd edək ki, “qaymaqlılar”ın yeni baş məşqçisinin rəsmi açıqlaması iyunun 15-də başlayacaq klublararası dünya çempionatı başlamazdan əvvəl gözlənilir.