- İspaniya L.L.
- 16:32 08.07.2025
"Barselona"nın və İspaniya millisinin gənc cinah oyunçusu Lamin Yamal, tarixin ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Yamal, hazırda "İnter Mayami"də çıxış edən əfsanəvi argentinalı hücumçu Lionel Messini xüsusi olaraq qeyd edib.
"Bütün zamanların ən yaxşı futbolçusu kimdir? Messi ən yaxşısıdır. Amma mən öz hekayəmi yazmaq istəyirəm"
Bu mövsüm Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. Transfermarkt internet portalında verilən məlumata görə, 17 yaşlı futbolçunun bazar dəyəri 180 milyon avrodur.