14 iyun 2025. Şənbə

Şesni "Barselona" ilə müqaviləni uzatmağı düşünür


Şesni "Barselona" ilə müqaviləni uzatmağı düşünür

"Barselona"nın qapıçısı Voyçex Şesni növbəti mövsüm üçün müqaviləsini uzatmaq qərarına gəlməyə tələsmir.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" polşalı futbolçunun dediklərini belə çatdırıb:

"Klub qalmağımı istəyir, amma mən əvvəlcə mövsümü bitirib, sonra yekun qərar verməyə üstünlük verirəm. Ümid edirəm ki, son matçlarda meydançaya çıxmaq məcburiyyətində qalmayacağam – bu, mənə hər şeyi sakit düşünmək imkanı verəcək. Başa düşürəm ki, böyük ehtimalla ehtiyat qapıçı olacam və bu, mənim üçün yeni vəziyyətdir. Bütün müsbət və mənfi cəhətləri diqqətlə ölçməliyəm."

Şesni  2024-cü ilin oktyabrında "Barselona"nınzədə səbəbindən başlanğıc qapıçı Mark-Andre ter Ştegenin yoxluğu ilə üzləşdiyi zaman peşəkar futbola qayıtdı. Polşalı qolkiper inamla komandadakı yerini tutdu və klubun eyni vaxtda üç kubok qazanmasına kömək edib.







İspaniya L.L.