- İspaniya L.L.
- 23:51 04.12.2025
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona"nın çempionluğu haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:
"Bu, futbolun bir hissəsidir: bəzən biz hər oyunçudan ən yaxşısını ala bilmirik. Barsa çox yaxşı çıxış etdi və onlar təbrikə layiqdirlər. Onlar La Liqada daha ardıcıl idilər və çox gözəl futbol oynadılar. Onlar titula layiq idilər. Amma gələn mövsüm hər şey fərqli olacaq"
Kataloniyalılar çempionatın bitməsinə iki tur qalmış liqa cədvəlinin zirvəsində əlçatmaz olublar.
Qeyd edək ki, Karlo Ançelotti artıq növbəti mövsümdən "Real Madrid"in baş məşqçisi olmayacaq.