21 mart 2026. Şənbə

Flik mövsümün son ev matçı haqda danışıb


Flik mövsümün son ev matçı haqda danışıb

Bazar günü "Barselona" İspaniya çempionatının ev oyununda "Vilyarreal"la qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik bu oyunla bağlı fikirlərini bölüşüb.

"Möhtəşəm komandaya qarşı oynayacağıq. Son vaxtlar "Vilyarreal"ın fantastik oyunları var. Marselinonun əli görünür. Onların oyununu izləmək çox xoşdur. Sabah çətin olacaq. Amma bu, mövsümün son ev oyunu olacaq və biz bunu qazanmaq istəyirik. Azarkeşlərimizlə bayram etmək istəyirik. Öz meydanımızda uduzmamışıq və çempionatda 202-ci seriyanı davam etdirmək istəyirik".

"Barselona" artıq İspaniya çempionluğunu təmin edib.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə