- İspaniya L.L.
- 23:31 19.06.2025
"Barselona"nın qapıçısı İnyaki Pena yay transfer dönəmində klubdan ayrılmağa hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, bu barədə ilk işarələr futbolçunun bir neçə ay əvvəl “AC Talent” agentliyi ilə əməkdaşlığa başlaması ilə ortaya çıxıb. İspaniyalı qolkiperin əsas namizədi kimi “Selta” klubu göstərilir. Bununla belə, Penyanın digər variantları da mövcuddur və o, bütün təklifləri dəyərləndirməyə hazırdır.
Xatırladaq ki, payızda əsas qapıçı Mark-Andre ter Ştegenin zədələnməsindən sonra birinci seçim kimi komandanın qapısını İnyaki Pena qoruyurdu. Lakin qısa müddət sonra polşalı qapıçı Voytsex Şensni əsas heyətdə yerini möhkəmləndirdi və rəqabətdə üstün oldu.
Ter Ştegenin sağalaraq komandaya dönməsi ilə Penya üçüncü qapıçı statusuna geri qayıtdı. Futbolçunun bu vəziyyətdən narazı olduğu və daha çox oyun praktikası üçün komandanı tərk etməyi düşündüyü bildirilir.
“Transfermarkt” portalı hazırda İnyaki Penanı 10 milyon avro dəyərində qiymətləndirir.