- İspaniya L.L.
- 16:44 18.06.2025
İspaniya La Liqasında 37-ci turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Atletiko Madrid" doğma meydanda "Betis"i sınağa çəkib. Bu görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Beş qolun qeydə alındığı "Barselona" - "Vilyarreal" matçında qonaqlar əzmkar qələbə qazanıb.
"Selta Viqo" evdə "Rayo Valyekano"ya, "Las Palmas" "Leqanes"ə, "Malyorka" "Xetafe"yə məğlub olub.
"Real Sosyedad" doğma meydanda "Jirona" ilə üz-üzə gəlib. Bu görüşdə meydan sahiblər çətin qələbə qazanıb.
"Osasuna" evdə "Espanyol"a qalib gəlib.
"Alaveş" səfərdə "Real Valyadolid"ə, "Atletik" "Valensiya"ya oxşar hesabla məğlub edib.
"Real Madrid" isə səfərdə "Sevilya"nın qonağı olub və inamlı qələbə qazanıb.