- İspaniya L.L.
- 16:44 18.06.2025
İspaniya çempionatının 37-ci turunda "Barselona" doğma meydanda "Vilyarreal"a 2:3 hesabı ilə məğlub olub.
90deqiqe.Az xəbər verir ki, bu, La Liqada Hans-Diter Flikin komandası üçün 2025-ci ildə ilk məğlubiyyət olub. Kataloniya təmsilçisinin məğlubiyyətsizlik seriyası 17 matç idi.
37 turdan sonra "Barselona" 85 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, ikinci pillədə qərarlaşan “Real”la xal fərqi dörd olduğu və yalnız bir tur qaldığı üçün “mavi qranatlar” vaxtından əvvəl ölkə çempionu olub.
Mövsümün son turunda "Barselona" "Atletik Bilbao" ilə qarşılaşacaq.