5 dekabr 2025. Cümə

Xabi Alonso Luka Modriçin "Real"dakı gələcəyi ilə bağlı qərar verib


Xabi Alonso Luka Modriçin "Real"dakı gələcəyi ilə bağlı qərar verib

Klublararası dünya çempionatı ərəfəsində "Real Madrid"i çalışdıracaq mütəxəssis Xabi Alonso yeni klubu üçün transfer kampaniyası planlaşdırmağa başlayıb. 

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, yeni məşqçi ilk növbədə ulduz yarımmüdafiəçi Luka Modriçi heyətdə saxlamaq istəyir. 39 yaşlı xorvatiyalının müqaviləsi 2025-ci ilin iyununda başa çatır və "qaymaqlılar"ın rəhbərliyi yaşının çox olması səbəbindən müqaviləni yeniləməmək qərarına gəlib.

Bu səbəbdən Alonso Kral Klubundan qərarını dəyişməsini və Modriçə 1 illik yeni müqavilə təklif etməsini istəyib. Futbolçunun özü isə 2026-cı ildə baş tutacaq dünya çempionatından sonra karyerasını “Santyaqo Bernabeu”da başa vurmağı xəyal edir.

Madriddə qalmaq üçün Luka maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazırdır. Alonso ümid edir ki, rəhbərlik onun fikrini dinləyəcək və məşhur veteranla əməkdaşlığın gələn ilin iyun ayına qədər davam etdirilməsi ilə razılaşacaq.







İspaniya L.L.