- İspaniya L.L.
- 20:36 29.01.2026
"Barselona" prezidenti Joan Laporta cinah yarımmüdafiəçisi Lamin Yamalın gələcəyi ilə bağlı növbəti açıqlamasını verib.
90deqiqe.Az xəbər verir ki, Laporta bu fikirlərini "TV3" telekanalına açıqlamasında bildirib:
“Müqavilənin dəyəri futbolçunun potensialına və oyun keyfiyyətinə uyğun olmalıdır. Yamal kimi istedadını bu qədər erkən yaşda göstərmiş bir futbolçuya xüsusi yanaşma vacibdir. Onun uzun illər ərzində 'Barselona'da qalmasını istəyirik və əminik ki, müqavilənin uzadılması prosesi müsbət nəticələnəcək.
Messi ilə bağlı da oxşar yanaşma sərgiləmişdik — onun bonuslarını elə şəkildə strukturlaşdırmışdıq ki, həm yüksək motivasiya saxlasın, həm də komandaya maksimum fayda versin. Və nəticədə hər şeyi qazandıq. Yamal məsələsində də biz onun özünü dəyərli və bu klubla emosional bağlı hiss etməsini təmin etməliyik.”
La Liqanın son turunda "Barselona" "Atletik Bilbao" ilə qarşılaşacaq.