29 iyun 2026. Bazar ertəsi

"Rafinya ilə yeni müqavilə imzalanacaq"


 "Rafinya ilə yeni müqavilə imzalanacaq"

"Barselona"nın prezidenti Joan Laporta klubun hücumçu Rafinya ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzadacağını təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romano funksionerin fikirlərini belə çatdırıb:

“Rafinya ilə yeni müqavilə imzalanacaq. Dekonun – klubun idman direktoru olaraq – Rafa ilə yaxşı münasibəti var. Futbolçu layihənin bir parçası olduğunu hiss edir. Razılığa gələcəyik, çünki biz onun qalmasını istəyirik və Rafinya da burada qalmaq arzusundadır.”

Rafinya bu mövsüm bütün turnirlərdə 56 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib. Bir çox idman nəşrləri 28 yaşlı hücumçunu “Qızıl top”a əsas namizədlərdən biri adlandırır.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"