15 iyun 2025. Bazar günü

"Messi və mən artıq tarix yazdıq, indi növbə Yamalındır"


"Messi və mən artıq tarix yazdıq, indi növbə Yamalındır"

"Barselona"nın əfsanəvi futbolçusu Ronaldinyo 17 yaşlı hücumçu Lamine Yamalın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Marca" nəşri sabiq fulçunun fikirlərini belə çatdırıb:

"Messi ilə mən artıq tarix yazmışıq, indi eyni şeyi etmək növbəsi Lamine Yamalındır. Yaşına baxmayaraq, onun artıq nümayiş etdirdiyi şey inanılmazdır. Onun böyük istedadı var. Belə oyunçulara baxmağı xoşlayıram".

Bu mövsüm Yamal bütün turnirlərdə 54 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Yamal gənc yaşında artıq ikinci dəfə İspaniya çempionu olub.







İspaniya L.L.