- İspaniya L.L.
- 20:36 29.01.2026
2022-ci il dekabrın 30-da “Valyadolid”lə oyunda “Real Madrid”in cinah oyunçusu Vinisius Juniora qarşı irqçi ifadələr səsləndirən beş nəfərə həbs cəzası verilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Real Madrid” klubunun mətbuat xidməti rəsmi sayt vasitəsilə məlumat yayıb.
Kral klubunun yaydığı açıqlamaya görə, Valyadolid Məhkəməsi 22 dekabr tarixində keçirilmiş “Real Valyadolid” – “Real Madrid” matçı zamanı Estadio Municipal José Zorrilla stadionunun tribunalarından Vinisius Juniora qarşı irqçi təhqirlər səsləndirən beş nəfəri təqsirli bilib.
Müttəhimlər nifrət cinayəti törətməkdə günahkar sayılıb və hər biri 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, onlar xüsusi səsvermə hüququndan məhrum edilib, 4 il müddətinə təhsil, idman və asudə fəaliyyətlə məşğul olmaqdan diskvalifikasiya olunub, 1080-dən 1620 avroya qədər cərimələniblər.
Cəzanın təxirə salınmasına səbəb kimi, müttəhimlərin Vinisius Juniora ünvanladıqları üzr məktubu və peşman olduqlarını bildirmələri göstərilib. Onlara 3 il müddətində rəsmi idman tədbirlərinə stadionlara getmək qadağan olunub.
Bu qərar son aylarda Mestalla (Valensiya), Son Moix (Palma de Mallorka) və Vallekas (Madrid) stadionlarında “Real Madrid” futbolçularına qarşı baş verən irqçi təhqirlərlə bağlı verilən bir sıra qərarlardan biridir. Vinisius Junior və digər futbolçulara qarşı irqçi davranışlar artıq cinayət məsuliyyətinə səbəb olur.
“Real Madrid” bu və digər oxşar hallarda klubun dəyərlərini qorumaq və futbol aləmində irqçiliyə qarşı mübarizə aparmaq məqsədilə oyunçusu ilə birlikdə xüsusi ittihamçı qismində çıxış etdiyini bildirib və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.