14 iyul 2025. Bazar ertəsi

"Barselona" Flik ilə müqaviləni uzadıb


"Barselona" Flik ilə müqaviləni uzadıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubla olan müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə “mavi-qranatçılar”ın mətbuat xidməti rəsmi sayt vasitəsilə məlumat yayıb.

Alman mütəxəssis 2024-cü ilin yayında Xavinin gedişindən sonra boş qalan baş məşqçi vəzifəsini tutaraq komandanın sükanı arxasına keçib. Flikin rəhbərliyi altında “Barselona” La Liqa, Superkubok və Kral Kubokunu qazanıb, Çempionlar Liqasının yarımfinal mərhələsində isə “İnter”ə məğlub olaraq mübarizəni dayandırıb.

60 yaşlı Flik bundan əvvəl Almaniya millisində, “Bavariya” və “Hoffenhaym”da baş məşqçi, həmçinin baş məşqçi köməkçisi və idman direktoru kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Flikin “Barselona” ilə əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.







İspaniya L.L.

Vinisius və "Real" arasında narazılıq
  • İspaniya L.L.
  • 13:12 13.07.2025
Vinisius və "Real" arasında narazılıq
"Barselona" onunla müqavilə imzalayıb
  • İspaniya L.L.
  • 23:51 12.07.2025
"Barselona" onunla müqavilə imzalayıb