- İspaniya L.L.
- 23:31 19.06.2025
"Barselona"nın idman direktoru Deko müdafiəçi Ronald Arauxonun gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın "RAC1"ə istinadən yaydığı məlumata görə, Deko komandanın uruqvaylı müdafiəçidən tam razı olduğunu bildirib. O, əlavə edib ki, Arauxo özü də klubda xoşbəxtdir və bu səbəbdən onun gələcəyi ilə bağlı hər hansı müzakirə gündəmdə deyil.
Qeyd edək ki, 26 yaşlı Ronald Arauxo cari mövsümdə La Liqada 24 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.