- İspaniya L.L.
- 16:32 08.07.2025
“Valensiya”da icarə əsasında çıxış edən “Liverpul”un qapıçısı Giorgi Mamardaşvili gələcək planları ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, gürcüstanlı qolkiper növbəti mövsümdə “Liverpul”a qayıdacağını bildirib:
“Başqa icarə haqqında düşünmürəm. Gələn mövsümü ‘Liverpul’da keçirəcəyəm,” – deyə Mamardaşvili qeyd edib.
İngilis nəhəngi gürcü qapıçını ötən yay “yarasalar”dan alsa da, dərhal əks istiqamətdə icarəyə göndərib. Mövsüm başa çatdıqdan sonra futbolçu İngiltərəyə qayıdacaq.
Giorgi Mamardaşvili bu mövsüm "Valensiya"nın heyətində keçirdiyi 33 oyunda 47 qol buraxaraq, səkkiz qolunu təmiz saxlayıb. Arne Slotun komandasında futbolçu Alisson Bekkerlə rəqabət aparmalı olacaq.