14 iyun 2025. Şənbə

Karlo Ançelotti "Real Madrid"dən ayrıldı


Karlo Ançelotti "Real Madrid"dən ayrıldı

"Real Madrid" klubu baş məşqçi Karlo Ançelottinin komandadan ayrılacağını rəsmən açıqlayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında mövcud müqaviləyə xitam verildiyi bildirilib.

Rəsmi açıqlamada qeyd olunur:
"Klubumuz, 'Real Madrid'in və dünya futbolunun əfsanələrindən biri olan Karlo Ançelottiyə dərin minnətdarlığını və sevgisini ifadə edir. O, 123 illik tariximizin ən uğurlu dövrlərindən birinə rəhbərlik etmiş, komandamıza üç Çempionlar Liqası, üç Klublararası Dünya Kuboku, üç UEFA Super Kuboku, iki İspaniya La Liqası, iki İspaniya Super Kuboku titullarını qazandıraraq klubun ən mükafatlı baş məşqçisinə çevrilmişdir. Altı illik fəaliyyəti dövründə ümumilikdə 15 titul qazanaraq tariximizdə silinməz iz buraxıb. Klub olaraq Karlo Ançelottiyə və ailəsinə gələcək həyat mərhələsində uğurlar arzulayırıq."

Qeyd edək ki, daha əvvəl mətbuatda Xabi Alonsonun "Real Madrid"in yeni baş məşqçisi təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Klubun yaxın günlərdə bu məsələyə də aydınlıq gətirməsi gözlənilir.







İspaniya L.L.