9 iyul 2025. Çərşənbə

Ronaldo "Valyadolid" klubundakı səhmlərini satdı


Ronaldo "Valyadolid" klubundakı səhmlərini satdı

"Real Madrid"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Valyadolid" klubundakı səhmlərini satıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ronaldo 2018-ci ildən etibarən klubun əsas səhmdarı olub.

Klubun açıqlamasında qeyd olunur ki, İdarə Heyətinin sədri və əsas səhmdar Ronaldo Luis Nazario de Lima "Valyadolid"in nəzarət payının Avropa fondunun maliyyə dəstəyi ilə Şimali Amerika investisiya qrupuna verilməsi barədə müqavilə imzalandığını elan edib. Yeni mərhələyə start verəcək layihə ilə bağlı ətraflı məlumat yaxın günlərdə klubun rəsmi saytında açıqlanacaq.

"Valyadolid" hazırda İspaniya çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda 37 oyundan sonra 16 xal toplayaraq yüksək liqada qalmaq şansını itirib.







İspaniya L.L.

İvan Rakitiç karyerasını başa vurdu
  • İspaniya L.L.
  • 17:07 07.07.2025
İvan Rakitiç karyerasını başa vurdu
Lunin "Real"la bağlı qərar verib
  • İspaniya L.L.
  • 23:20 05.07.2025
Lunin "Real"la bağlı qərar verib