20 iyun 2025. Cümə

“Real Madrid” Xabi Alonsonu rəsmən açıqladı


“Real Madrid” Xabi Alonsonu rəsmən açıqladı

“Real Madrid” klubu yeni mövsümdən etibarən komandanı Xabi Alonsonun çalışdıracağını rəsmi olaraq açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

İspaniyalı mütəxəssislə imzalanan müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək və 2028-ci il iyunun 30-na qədər qüvvədə olacaq.

Xatırladaq ki, Xabi Alonso hazırda Almaniyanın “Bayer Leverkuzen” klubunu çalışdırır və 2023/24 mövsümündə Bundesliqanın çempionu olub. Onun "Real Madrid"ə qayıdışı həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Alonsonun son iş yeri 2022-ci ilin oktyabr ayından rəhbərlik etdiyi "Bayer"də olub. Onun rəhbərliyi altında Leverkuzen klubu Almaniya çempionu olub, həmçinin Almaniya Kuboku və Superkubokunu qazanıb. "Bayer"də işləməmişdən əvvəl Xabi "Real Madrid"in gənclər sistemində uğurla çalışıb.

Alonso futbolçu karyerası ərzində "Real Madrid"də çıxış edib. O, 2009-2014-cü illərdə Los Blancos-da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 236 oyun keçirib, 6 qol vurub və 31 məhsuldar ötürmə verib.







İspaniya L.L.

Kunde “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:31 19.06.2025
Kunde “Barselona”da qalmaq istəyir
Mbbappe xəstəxanaya yerləşdirildi
  • İspaniya L.L.
  • 18:59 19.06.2025
Mbbappe xəstəxanaya yerləşdirildi
"İlk hissədə çox ləng idik"
  • İspaniya L.L.
  • 13:46 19.06.2025
"İlk hissədə çox ləng idik"
"Barselona" Joan Qarsiyanı transfer edib
  • İspaniya L.L.
  • 16:44 18.06.2025
"Barselona" Joan Qarsiyanı transfer edib