- İspaniya L.L.
- 05:38 15.06.2025
İspaniya La Liqasının 38-ci turunda “Leqanes” doğma meydanda “Valyadolid”i 3:0 hesabı ilə məğlub etsə də, bu nəticə komandanı yüksək liqada saxlamağa kifayət etməyib.
90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisinin La Liqada qalmaq üçün qələbə qazanmaqla yanaşı, “Las Palmas”–“Espanyol” qarşılaşmasında arzuladığı nəticə baş verməli idi. Lakin “Espanyol”un 2:0 hesablı qələbəsi “Leqanes”in ümidlərini puç edib. Beləliklə, 40 xalla mövsümü başa vuran “Leqanes” elitadan düşən üçüncü komanda olub.
Qeyd edək ki, daha əvvəl sonuncu – 20-ci pillədə qərarlaşan “Valyadolid” (16 xal) və 19-cu yeri tutan “Las Palmas” (32 xal) Sequndaya vəsiqəni itirən komandalar sırasında yer almışdı. La Liqaya bu mövsüm yüksələn “Leqanes” bir ildən sonra yenidən aşağı diviziona qayıdır.