- İspaniya L.L.
- 23:51 04.12.2025
"Barselona" klubu hücumçu Lamin Yamal ilə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə yeni müqavilə 2031-ci ilə qədər qüvvədə olacaq.
Yamal "mavi-qranatlar"ın yetirməsidir. 2024/2025 mövsümündə cinah oyunçusu bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun klubla əvvəlki əmək müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə idi.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
"Barselona"da çıxış etdiyi müddətdə Yamal iki dəfə İspaniya çempionu olub, həmçinin İspaniya Kubokunu və Super Kubokunu qazanıb.