18 aprel 2026. Şənbə

“Mançester Yunayted”də psixoloji çöküş yaşadım"


“Mançester Yunayted”də psixoloji çöküş yaşadım"

Hazırda “Betis”in heyətində çıxış edən braziliyalı cinah oyunçusu Antoni “Mançester Yunayted”dəki dönəmində yaşadığı çətinliklərdən danışıb.

90deqiqe.Az “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçu şəxsi həyatında yaşadığı psixoloji çöküş barədə açıq etiraf edib:

“‘Betis’ə keçmək mənim üçün böyük dəyişiklik oldu. Sadəcə olaraq, özümü yenidən tapmaq istədim. İngiltərədə, ‘Mançester Yunayted’də olduğum müddətdə şəxsi həyatıma nəzarəti itirdiyimi hiss edirdim. Nə xoşbəxtlik, nə də futbol oynamaq istəyi qalmışdı. Elə bilirdim ki, artıq öhdəsindən gələ bilməyəcəyəm,” – deyə Antoni bildirib.

O, ağır günlərindən də danışıb:
“Evdə gücsüz otururdum, oğlumla oynaya bilmirdim, yemək yemirdim və günlərlə özümü otağıma bağlayırdım. Bu dözülməz idi. Qardaşıma ‘daha bacarmıram’ dedim. O isə məni səbirli olmağa çağırdı. Bu söhbətlər məni göz yaşlarına boğdu,” – deyə futbolçu etiraf edib.

Antoni 2025-ci ilin qışında “Mançester Yunayted”dən ayrılaraq icarə əsasında “Betis”ə keçib. Burada o, tədricən forma yığır və özünə inamını bərpa edir.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”