- İspaniya L.L.
- 16:44 18.06.2025
“Real Sosyedad”ın futbolçusu Takefusa Kubo yay transfer pəncərəsinin diqqət mərkəzindədir.
90deqiqe.Az “El Diario Vasco”ya istinadən xəbər verir ki, “Real Sosyedad” 23 yaşlı cinah oyunçusunu yalnız 60 milyon avroluq satınalma müddəası tam ödənildiyi halda buraxmağa razıdır.
Yaponiya millisinin üzvü bir neçə top-klubun maraq dairəsindədir. Bildirilir ki, Premyer Liqa klubları da Kubo ilə maraqlanır və futbolçunun ətrafı artıq onlarla ilkin təmas qurub.
Transfer olacağı təqdirdə, daha əvvəl futbolçunun hüquqlarına sahib olan "Real Madrid" müqavilənin 50%-ni alacaq.
Takefusa Kubonun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir. 2024/25 mövsümündə o, bütün turnirlərdə 52 oyun keçirib, yeddi qol vurub və komanda yoldaşları üçün dörd məhsuldar ötürmə edib.