29 iyun 2026. Bazar ertəsi

35 yaşlı futbolçu La Liqada komandasını dəyişir


35 yaşlı futbolçu La Liqada komandasını dəyişir

Təcrübəli ispan müdafiəçi Sezar Aspilikueta Madrid “Atletiko”sundan ayrılır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən yaydığı məlumata görə, 35 yaşlı futbolçu müqaviləsinin müddəti başa çatdığı üçün klubu azad agent kimi tərk edir.

Aspilikuetanın növbəti ünvanı artıq müəyyənləşib – o, La Liqanın digər təmsilçisi “Selta” ilə müqavilə imzalamağa hazırlaşır. Viqo təmsilçisi müdafiəçini sərbəst transfer kimi heyətinə qatacaq.

Keçmiş “Çelsi” kapitanı “Atletiko”ya 2023-cü ilin yayında qoşulmuşdu. Bu mövsüm La Liqada 14 oyunda iştirak edən futbolçu bir qol vurub və bir dəfə sarı vərəqə ilə cəzalanıb.

Transfermarkt portalı Aspilikuetanın bazar dəyərini 1,8 milyon avro olaraq qiymətləndirir.

Təcrübəsi və liderlik keyfiyyətləri ilə tanınan Aspilikuetanın “Selta”ya vacib müdafiə dayaq nöqtəsi kimi töhfə verməsi gözlənilir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"