20 iyun 2025. Cümə

“Top klubda oynamaq üçün bütün keyfiyyətlərə sahibdir”


“Top klubda oynamaq üçün bütün keyfiyyətlərə sahibdir”

"Real Madrid"in sabiq qapıçısı Keylor Navas "Espanyol"un gənc qolkiperi Joan Qarsiyanın oyununu yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, kosta rikalı qolkiper, ispan qapıçının böyük klublarda uğurla çıxış edə biləcəyini bildirib.

Keylor Navas isə Qarsiyanın potensialını belə şərh edib:

“Qarsiya top klubda oynamaq üçün bütün keyfiyyətlərə malikdir. O, gəncdir və “Espanyol”da əla mövsüm keçirib.”

Hazırda 24 yaşlı Joan Qarsiyanın “Barselona”ya mümkün transferi gündəmdədir. Gənc qapıçı özü də Kataloniyanın iki klubu arasında keçidin onun üçün problem yaratmayacağını bəyan edib.

Qeyd edək ki, Joan Qarsiyanın “Espanyol”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt platforması gənc qapıçının bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.







İspaniya L.L.

Kunde “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:31 19.06.2025
Kunde “Barselona”da qalmaq istəyir
Mbbappe xəstəxanaya yerləşdirildi
  • İspaniya L.L.
  • 18:59 19.06.2025
Mbbappe xəstəxanaya yerləşdirildi
"İlk hissədə çox ləng idik"
  • İspaniya L.L.
  • 13:46 19.06.2025
"İlk hissədə çox ləng idik"
"Barselona" Joan Qarsiyanı transfer edib
  • İspaniya L.L.
  • 16:44 18.06.2025
"Barselona" Joan Qarsiyanı transfer edib