- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubdan ayrılacağı ilə bağlı yayılan şayiələri təkzib edib.
90deqiqe.Az-ın "Marca"ya istinadən yaydığı məlumata görə, 33 yaşlı qolkiper mediada yayılan spekulyasiyalardan narazıdır və “Barselona” ilə yoluna davam etməkdə qərarlıdır.
Hazırda dizindən aldığı ağır zədənin bərpası ilə məşğul olan alman oyunçunun əsas hədəfi əvvəlki formasına qayıtmaq və komandanın əsas heyətindəki mövqeyini qorumaqdır.
Mənbənin bildirdiyinə görə, təcrübəli qapıçının yüksək maaşı və 2028-ci ilə qədər qüvvədə olan müqaviləsi səbəbilə klubun onunla yolları ayırması asan deyil.
“Barselona”nın növbəti mövsümə iki təcrübəli qapıçı – ter Ştegen və Voyçex Şesni ilə başlamaq ehtimalı da istisna edilmir. Bundan əlavə, klub “Espanyol”da çıxış edən gənc qapıçı Joan Qarsiyadan cavab gözləyir.