21 mart 2026. Şənbə

“Real"dan 1 milyonluq çempionluq mükafatı


“Real"dan 1 milyonluq çempionluq mükafatı

“Real Madrid” rəhbərliyi Klublararası Dünya Çempionatında mümkün qələbə halında oyunçularını səxavətli mükafatla təltif etməyi planlaşdırır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, Madrid klubu turnirin qalibi olacağı təqdirdə hər bir futbolçuya 1 milyon avro bonus ödəyəcək.

Klub rəhbərliyi bu yarışa yay mövsümünün ən önəmli futbol hadisələrindən biri kimi yanaşır və bu titul vasitəsilə “Real Madrid”in dünya futbolundakı lider statusunu bir daha təsdiqləməyi qarşısına məqsəd qoyub.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək.Qrup mərhələsində “Real” üç müxtəlif qitənin komandaları - Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Paçuka” və Avstriyanın “Red Bull Zalsburq” klubları ilə qarşılaşacaq.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə