5 dekabr 2025. Cümə

“Kuboklar qazanmaq istəyirəm”


“Kuboklar qazanmaq istəyirəm”

"Real Madrid"in sağ cinah müdafiəçisi Daniel Karvaxal karyerasının sonuna qədər nəyə nail olmaq arzusunda olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Xtra" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

 "Mən nəyi arzulayıram? Mən "Real Madrid"in kapitanı kimi kuboku qaldırmaq, həmçinin İspaniya millisi ilə Dünya Kubokunu qazanmaq istərdim".

Daniel Karvaxal Los Blankosda 427, İspaniya millisinin heyətində isə 51 oyun keçirib. Futbolçunun "kral" klubu ilə müqaviləsi gələn ilin ortalarına qədər qüvvədədir.

33 yaşlı futbolçu çarpaz bağ zədəsi səbəbindən ötən ilin payızından meydanda oynamayıb, lakin yeni mövsümün əvvəlində meydana qayıtmalıdır.







İspaniya L.L.