- İspaniya L.L.
- 23:31 19.06.2025
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, alman qolkiper bu barədə jurnalistlərə açıqlama verib.
“Mənimlə heç kim danışmadı. Gələn il ‘Barselona’da olacağımı bilirəm. ‘Barsa’ ən böyük klublardan biridir, rəqabət normaldır. Mənim üçün vəziyyət dəyişməyəcək. Gələn mövsümü çox gənc, dinamik və ac bir komanda ilə gözləyirəm”
Alman futbolçu 2014-cü ilin yayından "Blaugrana"da çıxış edir. Ter Stegen "Barselona" ilə altı dəfə İspaniya çempionu, eyni sayda İspaniya kubokunu qazanıb, dörd dəfə İspaniya Superkubokunu qazanıb və həmçinin Çempionlar Liqasının qalibi olub.