21 mart 2026. Şənbə

La Liqada mövsümün ən yaxşı baş məşqçisi Hans-Diter Flik seçildi


La Liqada mövsümün ən yaxşı baş məşqçisi Hans-Diter Flik seçildi

İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, bu ada “Barselona”nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb.

Təcrübəli alman mütəxəssis səsvermədə “Atletik”in baş məşqçisi Ernesto Valverde, “Jirona”nın çalışdırıcısı Miçel Sançes, “Atletiko”dan Dieqo Simeone, “Xetafe”dən Xose Bordalas, “Betis”dən Manuel Pelleqrini və “Espanyol”dan Manolo Qonsalesi qabaqlayıb.

Xatırladaq ki, Flikin rəhbərliyi altında “Barselona” mövsümü yüksək səviyyədə başa vurub. Kataloniya klubu İspaniya çempionatının qalibi olmaqla yanaşı, ölkə kuboku və Superkubokunu da qazanıb. Komanda həmçinin Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib və bu mərhələdə İtaliyanın “İnter” klubuna uduzub.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə