29 iyun 2026. Bazar ertəsi

“Xabi Alonso ilə "Real" yenidən təhlükəli olacaq”


 “Xabi Alonso ilə "Real" yenidən təhlükəli olacaq”

“Barselona”nın hücumçusu Robert Levandovski Madrid “Real”ının baş məşqçi postuna Xabi Alonsonun təyin olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, polşalı forvard bu qərarı yüksək qiymətləndirərək, “kral klubu”nun məhz Alonso ilə irəli doğru ciddi addım atacağına əmindir.

“Xabi məşqçilik karyerasının əvvəlində olsa da, onun oyun üslubu artıq aydın görünür. Düşünürəm ki, o, “Real”a təzə nəfəs, yeni nələrsə gətirəcək. Həmişə hiss edirdim ki, o, bir gün məşqçi olacaq. İndi isə əminliklə deyə bilərəm: Alonso ilə “Real” yenidən təhlükəli olacaq.”

Qeyd edək ki, Levandovski və Alonso vaxtilə “Bavariya”da birgə çıxış ediblər. Hücumçu keçmiş komanda yoldaşının futbola yanaşmasını yaxından tanıyır.

Xatırladaq ki, Xabi Alonsonun rəhbərliyi altında “Bayer Leverkuzen” mövsümü tarixi nəticələrlə tamamlayıb – klub həm Bundesliqada çempion olub, həm də Almaniya Kuboku və Superkubokunu qazanıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"