- İspaniya L.L.
- 23:59 14.07.2025
“Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) məlumat yayıb.
Mənbəyə görə, gənc ispan futbolçunun dəyəri yeni müqavilənin imzalanmasından sonra 402,3 milyon avroya yüksəlib.
CIES-ə görə dünyanın ən bahalı 10 oyunçusu:
Lamin Camal (Barselona) — 402,3 milyon avro
Erlinq Haaland (Mançester Siti) — 239,6 milyon avro
Cude Bellinqhem (Real Madrid) – 233,8 milyon avro
Kilian Mbappe (Real Madrid) – 192,5 milyon avro
Camal Musiala (Bavariya) – 154,8 milyon avro
Pedri (Barselona) – 143,7 milyon avro
Vinisius Junior (Real Madrid) – 130,4 milyon avro
Koul Palmer (“Çelsi”) – 126,5 milyon avro
Julian Alvares (Atletiko Madrid) – 126 milyon avro
Florian Virts (Bayer) – 122,3 milyon avro.
Ötən mövsüm Yamal klub səviyyəsində 55 matçda iştirak edib, 18 qol vurub və 21 məhsuldar ötürmə edib.Xatırladaq ki, Yamalın “Barselona” ilə müqaviləsi 2031-ci ilədək uzadılıb.