14 iyul 2025. Bazar ertəsi

Trent Arnold “Real Madrid”də avtomobil qadağası ilə qarşılaşdı


Trent Arnold “Real Madrid”də avtomobil qadağası ilə qarşılaşdı

Trent Aleksander-Arnold "Real Madrid"ə keçidindən sonra klublararası dünya çempionatında debüt etməyə hazırlaşır.

90deqiqe.Az-ın “Goal" portalına istinadən yaydığı məlumata görə,ingilis futbolçu İspaniyada artıq sevimli avtomobili olan təxminən 140 min avro dəyərindəki "Land Rover"lə məşqlərə gedə bilməyəcək. Bu məhdudiyyət "Real Madrid"in "BMW" ilə olan sponsorluk müqaviləsi ilə bağlıdır.

Sözügedən razılaşmaya əsasən, "kral klubu"nun bütün oyunçuları klub tədbirlərinə yalnız "BMW" markalı avtomobillərlə qatılmalıdır. Bununla belə, Aleksander-Arnoldun narahat olacağı ehtimal edilmir — çünki futbolçu "BMW"nin istədiyi modelini seçə bilər və klubun sponsoru avtomobili ona təqdim edəcək.







İspaniya L.L.

Vinisius və "Real" arasında narazılıq
  • İspaniya L.L.
  • 13:12 13.07.2025
Vinisius və "Real" arasında narazılıq
"Barselona" onunla müqavilə imzalayıb
  • İspaniya L.L.
  • 23:51 12.07.2025
"Barselona" onunla müqavilə imzalayıb