29 iyun 2026. Bazar ertəsi

"Barselona" ilə 5 illik müqavilə imzalayır


"Barselona" ilə 5 illik müqavilə imzalayır

İspaniyanın "Barselona" klubu, "Espanyol"un qapıçısı Joan Qarsiya ilə 5 illik müqavilənin bütün şərtlərini razılaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu gələn həftə 24 yaşlı futbolçu üçün 25 milyon avro məbləğində satınalma maddəsini ödəyəcək.

Transfer artıq tam şəkildə təsdiqlənib, və "Espanyol" klubunun yalnız ödənişin həyata keçirilməsi tarixini açıqlaması gözlənilir.

Xatırladaq ki, Qarsiyanın 24 yaşı var. O, İspaniya millisinin tərkibində olimpiya çempionudur. Ötən mövsüm qapıçı bütün turnirlərdə 38 oyuna çıxıb, 51 qol buraxıb. Səkkiz matçda qapısını toxunulmaz saxlayıb. Joan La Liqanın ötən mövsümündə edilən seyvlərin sayına görə (146) birinci yeri tutub.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"